Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının (UNGA81) Nyu-Yorkda keçirilən Ümumi Debatının rəsmi açılışında iştirak edib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə səhifəsində paylaşım edib.