APEPEA yüksək balla Baytarlıq təbabəti fakültəsini seçmiş gəncə təqaüd ayırıb
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Azərbaycanda baytarlıq sahəsində təhsilin inkişafını ölkəmiz üçün zəruri və faydalı hesab edir. Keyfiyyətli baytarlıq xidməti qurulmadan heyvandarlıq və quşçuluq sahəsinin yüksək nəticələr əldə etməsi mümkün deyil.