Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artıb
Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Day.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var.