Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanılıb
İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü komitənin mətbuat xidməti məlumat yayıb.