Zaminlik təhlükəlidirmi və nələri nəzərə almaq lazımdır?
"Zaminlik müqaviləsinin əsas mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə zamin həmin öhdəliyin icrasını təmin edir". Bunu Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib. O, başqa şəxsin kredit götürməsinə zamin olan zaman nəzərə alınmalı məqamlardan danışıb.