Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.