Bakı Metropolitenində qatarlararası intervallar azaldılır
"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Day.Az QSC-yə istinadla xəbər verir ki, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər-Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.