Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib
Qazax Dövlət Dram Teatrı 89-cu mövsümə "Sonrakı peşmanlıq" tamaşası ilə start verib. AZƏRTAC xəbər verir ki, tamaşada insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır.