Nyu-Yorkda uşaq meydançasında atışma nəticəsində iki nəfər ölüb
Nyu-Yorkda uşaq meydançasında baş verən atışma nəticəsində iki nəfər ölüb. Bu barədə "New York Post" yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə sentyabrın 11-i axşam saatlarında Bruklin rayonunda baş verib. Hadisə yerinə gələn polis əməkdaşları 33 və 35 yaşlı iki kişini güllə yaraları ilə aşkar ediblər.