Azərbaycan-Qırğızıstan əməkdaşlığı daha genişmiqyaslı xarakter alacaq
Azərbaycan və Qırğızıstan arasında münasibətlər daha strateji və sıx xarakter alır. Day.Az xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Trend-ə açıqlamasında deyib.