Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad ediləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.