Yuxusuzluğun mənfi təsirlərini idmanla azaltmaq mümkündür
Kəskin yuxusuzluqdan sonra qısamüddətli fiziki məşqlər yaddaş və diqqət pozuntusu kimi bəzi koqnitiv fəsadları azaltmağa kömək edə bilər. Day.Az xəbər verir ki, rusiyalı həkim İnessa Yakimoviç bildirib ki, idman tam yuxunu əvəz etməsə də, yuxusuz günün daha rahat keçirilməsinə müəyyən dəstək verir.