Ürək döyüntüsünün sürətlənməsi nə vaxt təhlükəlidir?
Ürəyin qəfil sürətli və ya nizamsız döyünməsi, xüsusilə təkrarlanırsa, diqqətdən kənarda qalmamalıdır. Həkim-terapevt Aleksandr van Tulleken bildirib ki, belə hallarda sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə və huşunu itirmə hissi təhlükəli əlamətlər sayılır.