Tbilisidə kəlağayı sənətinin tarixinə həsr olunan kitab təqdim edilib
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzində Azərbaycanın zəngin qeyri-maddi mədəni irs nümunələrindən olan kəlağayı sənətinə həsr edilən "Kəlağayı milli sərvətimizdir" kitabının təqdimatı keçirilib. Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.