Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlar təlimlər barədə məlumatı KOBİA-nın saytından öyrənə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən sentyabr ayı ərzində sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün ödənişsiz təlimlər keçiriləcək.