İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinə yeni sədr təyin olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.