Azərbaycan LLDCs-nin vitse-sədri olacaq
Türkmənistan 2027-2028-ci illər üçün Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) Qrupunun sədri, Azərbaycan isə vitse-sədri seçilib. Day.Az xəbər verir ki, bu haqda "Turkmenportal" məlumat yayıb. Bildirilib ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələr səviyyəsində keçirilən iclasında qəbul edilib.