Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi
Bakıda əcnəbi turistin taksi sifarişi zamanı qeyri-adi hadisə baş verib. Day.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə lüks avtomobil - "Lamborghini" gəlib. Gözlənilməz mənzərə ətrafdakıların da diqqətini çəkib.