Bu dərmanlar kişilərdə keçəllik riskini artıra bilər
Ozempic, Wegovy və Zepbound kimi GLP-1 təsirli preparatların genetik olaraq keçəlliyə meyilli kişilərdə saç tökülməsi riskini təxminən 7 faiz artıra biləcəyi müəyyən edilib. Day.Az xəbər verir ki, NYU Langone Health alimlərinin araşdırmasında GLP1R geni ilə kişilərdə geniş yayılmış androgenetik alopesiya arasında mümkün əlaqə araşdırılıb.