Mahir yenə qol vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Day.Az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda "Qurnik"lə (Zabje) matçda fərqlənib. Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:2 edib.