Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.