Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, müsabiqənin nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.