Gec yatıb-duran insanlar hansı problemlərlə üzləşə bilərlər?
Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar narahatlıq və depressiya simptomları ilə daha tez-tez üzləşə, iş günündən sonra isə daha zəif bərpa oluna bilərlər. Day.Az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Sleep Health" jurnalında dərc olunub. Finlandiyada aparılan araşdırmada 2 266 nəfər iştirak edib.