İsveçdən Polşaya üzüb keçən ilk insan:
Polşalı ultraüzgüçü Bartlomiej Kubkovski Baltik dənizində olduqca çətin məsafəni uğurla başa vurub. Day.Az xəbər verir ki, o, 2 avqust 2026-cı ildə İsveçin Kaseberqa sahilindən suya daxil olaraq Polşanın Dzivnov şəhərinə qədər üzüb. Bartlomiej bu müddətdə təxminən 160-170 kilometr məsafə qət edib.