Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
Avropa Komissiyası (AK) turistlərin daha çox üstünlük verdiyi şəhərlərdə mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsi hazırlayır. Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb. Məqsəd mənzil bazarına təzyiqin azaldılmasıdır.