Yaşlı qadınlarda xərçəngin gizli əlaməti açıqlanıb
Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçənglə əlaqəli ola biləcək qeyri-aşkar əlamətlərdən birinin dəmir çatışmazlığı anemiyası olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, bu vəziyyət mədə xorası, mədə və ya yoğun bağırsaq xərçəngi ilə əlaqəli ola bilər.