Bakı və Həştərxan arasında "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaları müzakirə olunub
Bakı və Həştərxan "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə edib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib və regionun qubernatoru İqor Babuşkinlə görüşüb.