Nigar Fərhad saxlanıldı
"AİD Group" xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.