Beyləqanda avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Belə ki, Şahsevən kənd sakini, 1991-ci il təvəllüdlü Süleyman Məhərrəmov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.