Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub
Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib.