Bakının Xətai rayonundakı küçədə hərəkət iki gecə məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.