Stress herpes virusunu yenidən aktivləşdirə bilər
Güclü və uzunmüddətli stress orqanizmdə passiv vəziyyətdə olan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Day.Az xəbər verir ki, uzunmüddətli gərginlik zamanı kortizolun yüksəlməsi immun sisteminin zəifləməsinə və virusun təkrarlanma ehtimalının artmasına gətirib çıxarır.