Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb
Azərbaycanda 2025-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 olub. Day.Az unikal-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib. Qeyd edilib ki, bu, 2024-cü ilə nisbətən 1602 körpə azdır.