Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü keçirilir
Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü başlayıb. Tədbirin ikinci günü Böyük İpək Yolu regionunda rəqəmsal valyutaların praktiki tətbiqi, transsərhəd fintex dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının aktivləşdirilməsi məsələlərinə həsr olunub.