Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir
Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində dəyərləndirilməsinin artıq kifayət etmədiyini göstərən mühüm siyasi mesajlarla zəngindir. Day.Az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.