"MilliÖn" brendinin adından istifadə edən fişinq kampaniyası aşkarlanıb
Açıq mənbələr üzrə aparılmış monitorinq nəticəsində "MilliÖn" ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya aşkarlanıb. Day.Az xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyinin məlumatına görə, kampaniya istifadəçilərə 1 AZN müqabilində mobil internet və danışıq paketi vəd edir.