Sabah hava necə olacaq?
Avqustun 25-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.