Prezident İlham Əliyev: Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub
Özbəkistan Qarabağın bərpası prosesində bir sıra mühüm layihələr həyata keçirərək Azərbaycana ilk praktiki yardım göstərən ölkə olub. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası zamanı bildirib.