Axtarışda olan 107 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) avqustun 21-də ölkə ərazisində keçirilən əməliyyat tədbirlərinin nəticələrini açıqlayıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.