Azərbaycanın ən böyük bankı ABB Özbəkistan bazarına çıxır
Azərbaycanın və Cənubi Qafqazın ən böyük bankı ABB tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxır. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.