Özbəkistanlı mütəxəssislər Füzulidə “Dostluq” intensiv meyvə bağı yaradırlar
Özbəkistanlı mütəxəssislər Azərbaycanın Füzuli rayonunda "Dostluq" intensiv meyvə bağının yaradılmasına başlayırlar. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.