M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir
Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.