Bakıda ağır cinayət:
Bakıda qətl hadisəsi baş verib. Day.Az Lent.az -a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə yaşadığı evdə münaqişə zəminində qardaşı, 1995-ci il təvəllüdlü Aqili bıçaqlayaraq qətlə yetirib. H.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.