Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub
Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.