Valideynlərin məktəbli forması üçün konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir və valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mətbuat xidməti məlumat yayıb.