39 yaşlı kişi maşında öldü
Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. Day.Az xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi "VAZ 2107" markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.