İlk yaşandı
ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini keçib. Day.Az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, borcun 32,265 trilyon dolları hökumətin birbaşa borcunun, 7,781 trilyon dolları isə hökumətlərarası borcun payına düşür. Nəticədə ümumi borc 40,047 trilyon dollara çatıb.