İspaniya küçələri güclü zəlzələdən sonra
Bu gün İspaniyanın cənubunda 4,8 bal gücündə zəlzələ baş verib. Day.Az xəbər verir ki, zəlzələ nəticəsində üç nəfər xəsarət alıb, dağıntılar əmələ gəlib. Milli Coğrafiya İnstitutunun məlumatına görə, zəlzələ saat 10:38 radələrində (09:38 GMT) baş verib və episentri Qranadadan altı mil cənubda yerləşən Alhendin şəhərində olub.