Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri yekunlaşıb
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmış ən irimiqyaslı xarici film istehsalı layihəsidir.