Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb
Bu ilin yanvar-iyul aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard 792,6 milyon manat məbləğində investisiya yatırılıb. Day.Az xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,9 faiz çoxdur.